Ana Sayfa > Karusel / Qarabağ > XTQ şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib
XTQ şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib3-11-2022, 10:26. Yazar: Admin |
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam edir. Geri dön |