Ana Sayfa > Karusel / Manşet > Ərdoğan seçki nəticəsinin İsraillə münasibətləri normallaşdırılmağa təsir etməyəcəyini deyib

Ərdoğan seçki nəticəsinin İsraillə münasibətləri normallaşdırılmağa təsir etməyəcəyini deyib


3-11-2022, 00:54. Yazar: Admin

Ərdoğan seçki nəticəsinin İsraillə münasibətləri normallaşdırılmağa təsir etməyəcəyini deyib

Türkiyə İsraillə münasibətlərin normallaşdırılması prosesini bu ölkədəki seçkilərin nəticəsindən asılı olmayaraq davam etdirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində deyib.

 

O qeyd edib ki, Türkiyə və İsrail normallaşma prosesini hər iki ölkənin həssas yanaşdıqları məsələlərə hörmət edərək davam etdirir.

Ərdoğan, Ankara və Təl-Əviv arasında yenidən səfirlərin təyin olunmasına dair razılığın əldə olunduğunu da xatırladıb.


Geri dön