Ana Sayfa > Karusel / Manşet > Pakistan Baş naziri Çin lideri ilə görüşdü

Pakistan Baş naziri Çin lideri ilə görüşdü


2-11-2022, 23:17. Yazar: Admin

Pakistan Baş naziri Çin lideri ilə görüşdü 

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Çinə səfər edib.

Qarabaginfo.az xəbər verir ki, o, Pekində Çinin baş naziri Li Keqianq və Çin lideri Si Cinpin ilə görüşüb.

Si görüş zamanı deyib ki, Çin Pakistanın maliyyə vəziyyətini sabitləşdirməyə çalışır. Pekin İslmabadı dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, bu yay Pakistana dağıdıcı daşqınlar nəticəsində 30 milyard dollar ziyan dəyib.


Geri dön