Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel > Nazirliyin dələduz "əməkdaşı" tutuldu - VİDEO
Nazirliyin dələduz "əməkdaşı" tutuldu - VİDEO2-11-2022, 14:19. Yazar: Admin |
![]() Daxili İşlər Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.
Bu barədə DİN-dən Qarabaginfo.az-a verilən məlumatda bildirilib. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.
Geri dön |