Ana Sayfa > Karusel > Köçəryan Paşinyana qarşı mitinqə çıxır

Köçəryan Paşinyana qarşı mitinqə çıxır


2-11-2022, 14:05. Yazar: Admin
Köçəryan Paşinyana qarşı mitinqə çıxır

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin “Müqavimət” hərəkatının mitinqində iştirak edəcək.

 

Qarabaginfo.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a eks-dövlət başçısının ofisinin koordinatoru Baqrat Mikoyan təsdiqləyib.

 

Eyni zamanda o əlavə edib ki, Köçəryanın mitinq zamanı çıxışı planlaşdırılmayıb.

 

Parlamentin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, noyabrın 5-də müxalifət Dağlıq Qarabağın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün birlik mitinqi keçirəcək. Saqatelyan qeyd edib ki, noyabrın 5-dən sonra mübarizə davam etdiriləcək və mitinqdə növbəti aksiyalar elan olunacaq.


Geri dön