Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək


2-11-2022, 09:47. Yazar: Admin

Vilayət Eyvazov

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 24-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Qarabaqinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 23.11.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.APA

 


Geri dön