Bakıda mağazada yanğın olub.
Qarabaqinfo.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan meyvə-tərəvəz satışı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.APA