Ana Sayfa > Karusel / Sosial > ETSN: Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək

ETSN: Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək


2-11-2022, 09:30. Yazar: Admin

ETSN: Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək

Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə noyabrın 4-də dənizdə növbəti monitorinqlərə başlanılacaq.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Qarabaqinfo.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 4-16 noyabr tarixlərində Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Cənub-Şərqi Qoltuq, Kürdili və Lənkəran məntəqələrində tədqiqatlar aparılacaq, vizual müşahidələr həyata keçiriləcək.

“Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”, - o deyib.


Geri dön