Ana Sayfa > Karusel / Manşet > Soçi görüşündə Rəsmi Bakı nələrin qarısını aldı?

Soçi görüşündə Rəsmi Bakı nələrin qarısını aldı?


1-11-2022, 22:24. Yazar: Admin

Soçi görüşündə Rəsmi Bakı nələrin qarısını aldı?

Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi: Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı.

 

 

Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirir:

Birincisi, sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır və bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq;

İkincisi, Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, Əliyev buna imkan vermədi və Putin Bakının mövqeyi ilə razılaşdı;

Üçüncüsü, delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək və kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq.

Asif Nərimanlı


Geri dön