Ana Sayfa > Karusel / Manşet > Çavuşoğlu və Lavrov danışıqlar apardı

Çavuşoğlu və Lavrov danışıqlar apardı


1-11-2022, 21:24. Yazar: Admin

Çavuşoğlu və Lavrov danışıqlar apardı 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadan taxılın daşınması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının daşınması üçün BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən sazişdə iştirakını dayandırıb. Rəsmi Moskva Kiyevi taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edir. 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Türkiyə və Rusiya müdafiə nazirləri də taxıl dəhlizini müzakirə edib.


Geri dön