Ana Sayfa > Karusel > Ərdoğan Putin və Zelenski ilə danışacaq

Ərdoğan Putin və Zelenski ilə danışacaq


1-11-2022, 16:31. Yazar: Admin
Ərdoğan Putin və Zelenski ilə danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Taxıl sazişinin həlli ilə bağlı Ankara səylərini davam etdirir. Ukraynada müharibə davam etsə də, iki ölkə arasında etimad mühitinin yaradılması istiqamətində işlər görülür",-  XİN başçısı bildirib. 

 

Liderlər arasında danışıqların vaxtı hələlik məlum deyil.


Geri dön