Ana Sayfa > Karusel > Ermənistan prezidenti türkiyəli deputatı qəbul etdi

Ermənistan prezidenti türkiyəli deputatı qəbul etdi


1-11-2022, 15:34. Yazar: Admin
Ermənistan prezidenti türkiyəli deputatı qəbul etdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Türkiyə parlamentinin erməni deputatı Haro Paylanı qəbul edib.


Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaaqn Xaçaturyan Haro Paylanın İrəvana səfərini alqışlayıb.


Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, iki ölkə arasında sərhədlərin açılması imkanları və perspektivləri ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.


Qarabağ probleminin həlli, regionda sabit və uzunmüddətli sülhün bərqərar olması və ümumerməni gündəliyi məsələlərinə toxunulub.


Haro Paylan bu problemlərin həllinə imkan daxilində töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, H.Paylan Türkiyə parlameninə kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilib


Geri dön