Ana Sayfa > Karusel / Region > Erməni ordusunda qətl: Əsgər yoldaşını öldürdü

Erməni ordusunda qətl: Əsgər yoldaşını öldürdü


1-11-2022, 15:07. Yazar: Admin

Erməni ordusunda qətl: Əsgər yoldaşını öldürdü

Ermənistanda ehtiyatda olan əsgər Misak Petrosyanı qətlə yetirməkdə ittiham edilən əsgər həbs edilib.

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin məlumat yayıb.

Müttəhimə Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 528-ci (sağlamlığa ağır zərər vurma) maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Hadisə oktyabrın 29-da baş verib. Petrosyanla mübahisə etdikdən sonra müttəhim onu ​​avtomatla güllələyib.


Geri dön