Ana Sayfa > Karusel > KTMT İrəvanda iclas ÇAĞIRDI - Sərhəd müzakirə olunacaq

KTMT İrəvanda iclas ÇAĞIRDI - Sərhəd müzakirə olunacaq


1-11-2022, 15:04. Yazar: Admin
KTMT İrəvanda iclas ÇAĞIRDI - Sərhəd müzakirə olunacaq

İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı məlum olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

 

“KTMT-nin Baş katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib”, - məlumatda deyilir.

 

Xatırladaq ki, iclasda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq. 


Geri dön