Ana Sayfa > Karusel > Rəisi bu gün Paşinyanla saziş imzalayacaq

Rəisi bu gün Paşinyanla saziş imzalayacaq


1-11-2022, 13:18. Yazar: Admin
Rəisi bu gün Paşinyanla saziş imzalayacaq

İran prezidenti İbrahim Rəisi Tehrana səfərə gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.


Qarabaginfo.az xəbər verir ki, İRNA-nın məlumatına görə, rəsmi qarşılanma mərasimi Tehranın Səadabad Mədəniyyət və Tarixi Kompleksində baş tutub. Bundan sonra Paşinyanla Rəisi arasında danışıqlar başlayıb.


Qeyd olunur ki, tərəflər ikitərəfli münasibətlər və regional problemlərə dair məsələləri müzakirə etmək niyyətindədirlər.


Ermənistanın baş naziri və İran prezidenti ikitərəfli sazişin imzalanması mərasimində iştirak edəcək və birgə mətbuat konfransı keçirəcəklər.


Geri dön