Ana Sayfa > Karusel / Manşet > Şolts və Zelenski taxıl müqaviləsinin icrasını təhlükəyə atmamağa çağırış ediblər
Şolts və Zelenski taxıl müqaviləsinin icrasını təhlükəyə atmamağa çağırış ediblər1-11-2022, 02:03. Yazar: Admin |
Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait məlumat verib. Tərəflər dünyada ərzaq böhranını gərginləşdirməmək üçün taxıl sazişini təhlükəyə atmamağa çağırış ediblər. “Kansler Şolts bu gün Ukrayna prezidenti Zelenski ilə telefonla danışıb və Ukraynadakı hərbi-siyasi və humanitar vəziyyət, eləcə də gələcək dəstək variantları, o cümlədən yenidənqurma ilə bağlı fikir mübadiləsi aparıb”, - deyə Hebeştreit bildirib. Geri dön |