Ana Sayfa > Karusel > Peskov “taxıl sazişi“nin davamını təhlükəli saydı

Peskov “taxıl sazişi“nin davamını təhlükəli saydı


31-10-2022, 16:07. Yazar: Admin

Peskov “taxıl sazişi“nin davamını təhlükəli saydı

 


“Taxıl müqaviləsi” Ukraynanın hərəkətləri səbəbindən “riskli” olub.

Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib: "Rusiyanın bu ərazilərdə naviqasiya təhlükəsizliyinə zəmanət vermənin qeyri-mümkünlüyündən danışdığı bir şəraitdə, təbii ki, belə bir razılaşma çətin ki, mümkün olsun. Bu, fərqli xarakter alır, daha riskli, təhlükəli və zəmanətsizdir".

Kreml sözçüsünün sözlərinə görə, Kiyevin davranışı sövdələşmənin uğursuzluğuna, etimadın sarsıdılmasına gətirib çıxarıb:

“Ukraynanın hərəkəti sövdələşmənin təhlükə altında olmasına gətirib çıxarıblar. Amma Moskva bu məsələdə diplomatik nümayəndəliklər vasitəsilə Türkiyə və BMT ilə əlaqələri davam etdirir".


Geri dön