Ana Sayfa > Karusel > Kafedə iki nəfər güllələndi

Kafedə iki nəfər güllələndi


31-10-2022, 14:08. Yazar: Admin
Kafedə iki nəfər güllələndi

Bərdədə kafedə iki nəfər güllələnib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb.

 

Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Vəziyyətləri orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön