Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Ukraynadan taxıl yüklü daha 12 gəmi yola düşəcək- Kiyev, Ankara və BMT razılığa gəldi

Ukraynadan taxıl yüklü daha 12 gəmi yola düşəcək- Kiyev, Ankara və BMT razılığa gəldi


31-10-2022, 13:45. Yazar: Admin

Ukrayna, Türkiyə və BMT “taxıl təşəbbüsü” çərçivəsində Qara dənizdə daha iki gəminin hərəkəti planı barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, oktyabrın 31-də Ukrayna limanlarını tərk etməli olan gəmilərin ümumi sayı 16-ya çatıb.

“Ukrayna, Türkiyə və BMT nümayəndə heyətləri 31 oktyabr üçün hərəkət planı ilə bağlı razılığa gəliblər. Dəniz humanitar dəhlizi boyunca 16 gəmi var. Onlardan 12-si Ukraynadan yola düşəcək. 4-ü isə gələn gəmilərdir”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya BMT Baş katibi Antonio Quterreşi Moskvanın taxıl sazişində iştirakı dayandırması ilə bağlı məlumatlandırıb. Müraciəti Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya göndərib. Onun sözlərinə görə, Sevastopol hücumu fonunda Rusiya mülki gəmilərin təhlükəsizliyinə təminat verə bilmir


Geri dön