Ana Sayfa > Karusel / Region / Müsahibə > “Nə Rusiya, nə də İran Azərbaycana münasibətdə səmimi deyil”

“Nə Rusiya, nə də İran Azərbaycana münasibətdə səmimi deyil”


31-10-2022, 11:48. Yazar: Admin

Vahid Əhmədovdan sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR Yeni Sabah

 

Vahid Əhmədov: “Azərbaycan və Türkiyə bütün bölgədə sülhün və sabitliyin yeganə qarantıdır”

 

“Nə Rusiya, nə də İran Azərbaycana münasibətdə səmimi deyil”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman hər iki dövlətin son vaxtlar səsləndirdiyi bəyanatlar, atdığı addımlar onların əsl niyyətini ortaya qoyur:

 

“Azərbaycan torpaqlaırnın erməni işğalı altıdna qaldığı son 30 ildə Rusiya və İranın problemin həlli istiqamətində heç bir konkret addım atmadığı, əksinə işğalçı ilə əmədkaşlıq həyata keçridikləri hər kəsə məlumdur. Bugünlərdə Rusiya prezidenti Vladimir Putinin Valday Diskussiya klubunun plenar iclasında səsləndirdiyi fikirlər birbaşa olmasa da, dolayısı ilə Rusiyanın məkirli niyyətindən xəbər verir. Putin həmin çıxışında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyini qeyd etsə də,  bunun üçün hansı variantın seçilməsini “Ermənistan rəhbərliyinin və Ermənistan xalqının işi” kimi dəyərləndirib. Halbuki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın şərtləri Ermənistana bu cür geniş və uzunmüddətli seçim imkanı tanımır.

 

Bundan başqa, Putin həmin çıxışında bildirdi ki, “əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq lazımdır, biz bunu dəstəkləyirik”. Putinin bu fikri mahiyyət etibarı ilə Ermənistanı bunun əksinə təhrik etmək məqsədi daşıyır. Çünki Putin və ya Ermənistan hesab etsə də-etməsə də Qarabağ Azərbaycanın bir parçasıdır və onun üzərində əlbəttə ki, Azərbaycanın suverenliyi var. Bu, birmənalıdır. Belə olan halda bu mütləq gerçəyi Ermənistana çoxsaylı seçim variantlardan biri kimi təqdim etmək absurddur”.

 

Vahid Əhmədov sülh sazişinin imzalanmasını yubadan Ermənistanın bu mövqeyinin Azərbaycanın dövlət başçısı tərəfindən də tənqid edildiyinə diqqət çəkdi:

 

“Ermənistanın sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə təxirə salması, ortaya qəti, sağlam bir mövqe qoymaması Prezident İlham Əliyev tərəfindən də tənqid olunmaqdadır. Xatırladım ki, Prezident İlham Əliyev cari ilin 21 sentyabr tarixində Laçına səfəri zamanı Azərbaycan dövlətinin qəti mövqeyini aşağıdakı sözlərlə ifadə etmişdir: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik”.

 

Göründüyü kimi, dövlət başçısı Ermənistanı heç kimə arxayın olmamağa, təxribatlardan uzaq olmağa, Azərbaycanın sülh səylərini dəastəkləməyə çağırır.

 

Milli Məclisin sədri hörmətli Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın yalanlarına da sərt cavab verdi, onu bütün dünyanın gözləri qarşısında faktlarla susdurdu. Sahibə xanım Ermənistanı hərbi cinayətlərdə ittiham etdi, öz ittihamlarını konkret sübutlarla əsaslandırdı. Bu, Ermənistanın diplomatik müstəvidə növbəti məğlubiyyəti oldu.

 

Ümumiyyətlə, həm Ermənistanın yalan və təxribat siyasəti, həm də dövlət başçımızın bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər xarici siyasət krusumuzu müəyyən qədər sərtləşdirməyin vacib olduğunu göstərir”.

 

Millət vəkili Azərbaycanın qardaş Türkiyə və İsraillə əlaqələrinə də toxunub:

 

“Bildiyinzi kimi, Türkiyə 44 günlük Vətən müharibəsində bizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdi. Türkiyə bu gün də hər zaman olduğu kimi, Azərbaycanı dəstəkləməkdə, beynəlxalq müstəvidə ölkəmizlə ciddi həmrəylik sərgiləməkdədir. Biz buna görə qardaş Türkiyəyə minnətdarıq. Azərbaycan və Türkiyə regionda sülhün və sabitliyin yeganə qarantıdır. Bu gerçək digər region dövlətləri tərəfindən də  dərk edilməli, onlar da bizim sülh səylərimizi dəstəkləməlidirlər.

 

İsraillə münasibətlər də bizim üçün mühüm əhəmiyət kəsb edir. İsrail hər zaman Azərbaycan xalqına dost münasibətini ortaya qoyub. Bu baxımdan hesab edirəm ki, İsraillə əlaqələrin genişləndirilməsi, xüsusilə də İsraildə Azərbaycan səfirliyinin açılmasına ciddi ehtiyac var. Biz bu məsələni mümkün qədər qısa  zamanda həyata keçirməliyik”.

 

Millət vəkili İranın Azərbaycana münasibətinin də qeyri-səmimi olduğunu, cənub qonşumuzun açıq-aşkar ermənipərəst mövqedən çıxış etdiyini qeyd edib:

 

“İranın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana münasibətdə atdığı addımlar xüsusilə təəssüf doğurur. Məsələ bundadır ki, İran heç vaxt Azərbaycana münasibətdə səmimi olmayıb, əksinə, tarixin bütün mərhələlrində əməli baxımdan Ermənistanın yanında yer alıb, ona istər ərzaq, istər enerji təchizatı, istərsə də digər baxımdan çoxsaylı yardımlar göstərib.

 

44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər İranın ölkəmizə münasibətini daha da kəskinləşdirib. Bir müddət bundan öncə İranın Araz çayı sahillərində başlatdığı irimiqyaslı təlimlər İran hökumətinin ölkəmizə olan münasibətindən xəbər verir. Maraqlıdır ki, müsəlman ölkəsi olaraq torpaqlarımızın 30 il ərzində erməni işğalında qalmasını sakitcə seyr edən, bu müddət ərzində işğal altındakı torpaqlarımıza yaxın ərazidə bir güllə belə atmayan İran, indi birdən-birə minlərlə hərbçinin, hərbi texnikanın iştirakı ilə təlimlərə start verir. İran bununla öz aləmində Azərbaycana əzələ nümayiş etdirdiyini düşünür. Lakin İran bilməlidir ki, Azərbaycan heç vaxt heç bir halda öz haqqı, hüququ uğrunda mübarizədən imtina etməyəcək və haqqı olan hər şeyə sahib çxıacaq, öz haqlarını qətiyyətlə qoruyacaqdır”.

 

Vahid Əhmədov İranın hərbi-siyasi yetkililərinin zaman-zaman ermənipərəst açıqlamalar verdiyini, hətta dolayısı ilə ölkəmizə hədə-qoxu gəlməyə çalışdıqlarını da diqqətə çatdırıb:

 

“44 günlük Vətən müharibəsindən sonra İran rəhbərliyi, bu dövlətin mühüm qurumlarında təmsil olunan yetkililər Ermənsitanla dostluq haqqında silsilə açıqlamalar vermiş, bu ölkə ilə münasibətlərin İran üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdılar. Bu açıqlamalar fonunda diqqət çəkən ən mühüm məqamlıardan biri isə İran yetkililərinin birbaşa olmasa da, dolayısı ilə Azərbaycana hədə-qorxu gəlmək cəhdləridir. Buna nümunə olaraq ötən ay İran rəsmisi tərəfindən səsləndirilən bəyanatı göstərmək olar. İran tərəfi bu bəyanatda bildirdi ki, “İran qonşu ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin pozulmasına qarşıdır və iki qonşu xalqı birləşdirən tarixi yol olan İran-Ermənistan sərhədinə zərər verəcək istənilən ssenariyə qarşı xüsusi müqavimət göstərəcəkdir”.

 

Göründüyü kimi, illərdir torpaqlarımızın işğal altında qalmasına, məscidlərin dağıdılmasına göz yuman, bu vandalizmi sakitcə seyr edən İran indi “xüsusi müqavimətdən” danışır, qəti, prinsipial mövqe sərgiləyir. Maraqlıdır ki, İran zəif iqtisadiyyata malik olan, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran, regional gərginlik və təhlükə  mənbəyi olan Ermənistana, bu qondarma dövlətlə münasibətlərə Azərbaycandan daha böyük önəm verir. Halbuki, Azərbaycan-İran əlaqələri istər mədəni-tarixi, istər iqtisadi-siyasi, istərsə də digər parametrlər baxımından İran-Ermənistan münasibətlərindən qat-qat güclü və əhəmiyyətli olduğu birmənalıdır.

 

Bir həftə bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Təbriz şəhərində Baş Konsulluq açmaq niyyətində olduqlarını bildirdi. Cari ilin 21 oktyabr tarixində Qafan şəhərində Ermənistanın Baş Konsulluğunun açılışı oldu. Bütün bunlar İran-Ermənistan əalqələrinin sürətlə genişlənməkdə olduğunu göstərir.

 

Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılmasını qınayır, 30 il Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan, bu gün də sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə ləngidən Ermənistana belə bir imkanın yaradılmasını nə İslam həmrəyliyi, nə də İran-Azərbaycan münasibətləri baxımından düzgün hesab etmirik.

 

İranın Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlardan ciddi narahatlıq keçirdiyi də göz önündədir. Halbuki, bu dəhlizin açılması sadəcə Azərbaycan iqtisadiyyatı deyil, regiondakı bütün dövlətlərin iqtisadiyyatının əhəmiyyətli dərəcədə canlanması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır və bütün əmgəllərə rəğmən öz istəyini gerçəkləşdirməyə nail olacaq.

 

Azərbaycan dövləti müstəqilliyinin ilk günlərindən bu günə qədər bütün qonşu dövlətlərlə sülh və əməkdaşlıq şəraitində yaşamağa xüsusi diqqət yetirir. Lakin Azərbaycanın təmkinli davranışı, qonşuluq və dostluq əlaqələrinə verdiyi önəm o demək deyil ki, kimsə Azərbaycanı təhdid edə və ya onun maraqlarına təhlükə yarada bilər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan öz suverenliyini və təhlükəsizliyini, milli maraqlarını istənilən təhlükədən qorumağa qadirdir və 44 günlük Vətən müharibəsi bunun ən böyük isbatıdır”.

 


Geri dön