Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidəki mitinqi rus general təşkil edib

Xankəndidəki mitinqi rus general təşkil edib


31-10-2022, 11:13. Yazar: Admin

Xankəndidəki mitinqi rus general təşkil edib

Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib.

Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib.

Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.(Yenisabah)


Geri dön