Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və İran XİN rəhbərləri son hadisələri müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri son hadisələri müzakirə edib


31-10-2022, 09:59. Yazar: Admin

Azərbaycan və İran XİN rəhbərləri son hadisələri müzakirə edib - VİDEO

30 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Geri dön