Ana Sayfa > Karusel / Sosial > Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb10-07-2020, 10:44. Yazar: Admin |
Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, nazirlikdə koronavirusla mübarizə ilə əlaqədar fəaliyyət göstərən İsçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVID-19 vurusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrə əsasən təsnifatlandırıb. Bunlar COVID-19 infeksiyasına yoluxmuş simtomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələrdir. S. Babazadə bildirib ki, simptomsuz xəstələr xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır. Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə, bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur. Hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir. Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər. S. Babazadə həmçinin qeyd edib ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir. Geri dön |