Ana Sayfa > Karusel / Manşet > Türkiyə 1 milyon yerli elektromobil istehsal etmək istəyir
Türkiyə 1 milyon yerli elektromobil istehsal etmək istəyir29-10-2022, 23:41. Yazar: Admin |
Türkiyə 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, ölkə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Xatırladaq ki, bu gün Ərdoğan yerli mühəndislər tərəfindən yaradılan "Togg" avtomobilinin istehsal ediləcəyi fabrikin açılışını edib. Maşınların satış qiyməti barədə məlumat verilməyib. Qiymətin gələn il müəyyən ediləcəyi gözlənilir. Türkiyənin ilk elektromobili olan “TOGG”un satışı 2023-cü ilin fevral ayında başlayacaq. Geri dön |