Ana Sayfa > Karusel / Manşet > Paşinyan topu təkrar Putinin meydançasına qaytardı - ŞƏRH
Paşinyan topu təkrar Putinin meydançasına qaytardı - ŞƏRH29-10-2022, 22:30. Yazar: Admin |
“Putinin Valday açıqlamalarından sonra Paşinyanın bugünkü çıxışından da yeni məlumatlar öyrəndik. Məlum olur ki, Rusiya tərəfindən irəli sürülmüş 15 maddəlik plan var və Ermənistan sentyabr ayında buna razılıq verib. Araik Arutunyanın dediklərindən anlayırıq ki, Rusiyanın təklifləri problemin qəti həllini ehtiva etmir, lakin “Arsaxın təhlükəsizliyinin təmin olunması və onun gələcəyinin şübhə altına alınmaması ilə bağlı minimal kriteriyalara uyğundur””. “Paşinyan və Arutunyanın sözlərindən anaşılır ki, Rusiyanın təklifləri arasında sülhməramlı kontingentin Qarabağda qalma müddətinin uzadılması da yer alır. Paşinyan 10-20 illik dövrdən, Arutunyan isə müddətsiz uzadılmadan bəhs edir”. Paşinyan belə bir atmosferdə əks gediş edərək nəzərə çatdırdı ki, Rusiya öz təkliflərinin arxasında dayanırsa, masaya gətirsin və o, bunu imzalamağa hazırdır. Bununla Paşinyan 1 güllə ilə 2 dovşan vurmuş olur: bir tərəfdən Putinin açıqlamalarından sonra Ermənistan və ermənilər içərisində ona yönəlmiş oxları özündən yayındırır; digər tərəfdən isə Putinə öz təkliflərini masaya qoymasını təklif etməklə, Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmağa hesablanmış gediş edir, çünki Moskva planı, belə görünür ki, Azərbaycan üçün qabuolunmazdır”. Ş.Cəfərli deyib ki, ümumilikdə Nikol Paşinyanın bu gün sərgilədiyi mövqe Azərbaycanla olan problemlərin uzunmüddətli həlli baxımından strateji bir yanaşma deyil, daha çox özünü qorumağa, məsuliyyəti üzərindən atmağa yönəlmiş dar bir baxış bucağıdır. Nə qədər ki, tərəflər müəyyən taktiki üstünlüklər naminə imperialist mərkəzə daha yaxın olmaq, onun dəstəyini almaq uğrunda bir-biri ilə yarışacaq, problemin qəti çözümü mümkün olmayacaq və Moskva bəzən bir tərəfə, bəzən digər tərəfə kömək etməklə bu düşmənçiliyi uzadıb, bölgədə qalacaq. Daimi sülhə aparan yol iki tərəfin də soyuq strateji yanaşma nümayiş etdirib, qarşılıqlı anlaşmasından və Moskvanı bu bölgədən uzaqlaşdırmasından keçir. İndi belə bir fürsət yaranıb. Bu fürsət qaçırılsa, hər iki tərəf də itirəcək və düşmənçilik yenə sonrakı nəsillərə ötürülmüş olacaq...”. Geri dön |