Ana Sayfa > Karusel / Manşet > Təyyarə xarab olduğu üçün Baş nazir Antarktidada qaldı

Təyyarə xarab olduğu üçün Baş nazir Antarktidada qaldı


29-10-2022, 00:22. Yazar: Admin

Təyyarə xarab olduğu üçün Baş nazir Antarktidada qaldı

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Antarktidaya səfər edib.

Qarabaginfo.az "Reuters"ə istinadən xəbər verir ki, o, Antarktidada ölkənin elm adamları ilə görüşüb və tarixi əhəmiyyətə malik yerlərə baş çəkib.

Baş nazir səyahəti bitirib cümə günü Yeni Zelandiyaya qayıtmalı idi. Ancaq onu gətirən təyyarədə nasazlıq aşkar edilib və Antarktidada bir gün keçirmək məcburiyyətində qalıblar.

Ardern və onunla birlikdə səyahət edən şəxslər şənbə günü C-13 "Hercules" hərbi təyyarəsi ilə geri dönəcəklər.


Geri dön