Ana Sayfa > Karusel / Manşet > İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb

İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb


28-10-2022, 23:36. Yazar: Admin

İran təhlükəsizlik qüvvələri iğtişaşlarla bağlı bəyanat yayıb

İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik təşkilatı İranda baş verən son iğtişaşlarla bağlı ilk dəfə birgə bəyanat yayıb.

Qarabaginfo.az-ın məlumatına görə, birgə bəyanatda bildirilib ki, mövcud məlumatlar əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildiyi aşkar olunub.

İran işğitaşlarla bağlı ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini "əsas rol oynamaqda" ittiham edib.

Məlumatda o da qeyd olunub ki, təlim kursları Türkiyə, BƏƏ, Hollandiya, Ermənistan, Gürcüstan, Malayziya, İndoneziya, Tailand, Çexiya, Cənubi Afrika Respublikası, İtaliya və Seyşel adaları kimi ölkələrdə keçirilib.


Geri dön