Ana Sayfa > Karusel / Manşet > Hesablama Palatası 2023-cü il dövlət büdcəsinə rəy verib

Hesablama Palatası 2023-cü il dövlət büdcəsinə rəy verib


28-10-2022, 18:47. Yazar: Admin

Hesablama Palatası 2023-cü il dövlət büdcəsinə rəy verib

Oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Palatadan verilən xəbərə görə, iclasda Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.


Geri dön