Ana Sayfa > Karusel > Putin Əliyev və Paşinyanla ayrıca görüşəcək

Putin Əliyev və Paşinyanla ayrıca görüşəcək


28-10-2022, 16:39. Yazar: Admin
Putin Əliyev və Paşinyanla ayrıca görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə liderlər - Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar baş tutacaq.

 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Soçidə keçiriləcək üçtərəfli sammitdə iştirakını təsdiqləmişdi.


Geri dön