Ana Sayfa > Karusel / Region > Putin KTMT liderlərinin görüşündə iştirak qərarı verdi

Putin KTMT liderlərinin görüşündə iştirak qərarı verdi


27-10-2022, 16:24. Yazar: Admin
Putin KTMT liderlərinin görüşündə iştirak qərarı verdi

Rusiya prezidenti Vladimir Putin cümə günü KTMT liderlərinin görüşündə iştirak etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Ria Novosti”yə bildirib.
 

Rusiya prezidentinin sessiyada iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov “bəli, o bunu planlaşdırır” deyib.

Təşkilatdan bildirilib ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Burada Ermənistana yardım tədbirləri, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar sentyabrın 15-də qurumun ezam olunmuş missiyasının işinin nəticələri müzakirə olunacaq. (modern.az)


Geri dön