Ana Sayfa > Karusel > KTMT-nin növbədənkənar iclası çağırıldı

KTMT-nin növbədənkənar iclası çağırıldı


27-10-2022, 15:50. Yazar: Admin
KTMT-nin növbədənkənar iclası çağırıldı

Sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sessiyası keçiriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

 

Sessiya zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə dair KTMT Müşahidə Şurasının qərarına əsasən 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır. 

 

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini bəyan edib. 


Geri dön