Ana Sayfa > Karusel / Region > Rusiya Zatulin və Simonyanın Ermənistana giriş qadağasını çaşqınlıqla qarşılayıb
Rusiya Zatulin və Simonyanın Ermənistana giriş qadağasını çaşqınlıqla qarşılayıb27-10-2022, 15:40. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin və erməni əsilli jurnalist Marqarita Simonyanın Ermənistan ərazisinə girişinə qadağa qoyulmasına münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, bu barədə məlumatı çaşqınlıqla qarşılayıblar. “Xatırladım ki, söhbət Dövlət Dumasının deputatı və Rusiya KİV-in baş redaktorundan gedir. Biz diplomatik kanallarla dərhal Ermənistan tərəfinə bu məlumatın rəsmi şəkildə təsdiq edilməsi və izahat verilməsi üçün müraciət etdik. Hesab edirik ki, bu məlumat təsdiqini tapacağı təqdirdə, buna müttəfiqlik münasibətlərinin xarakterinə müvafiq olaraq qiymət veriləcək. Nə vaxt ki, rəsmi cavab alacağıq, o zaman atacağımız addımları, cavabımızı müəyyən edəcəyik”, - Rusiya XİN sözçüsü qeyd edib. Zaxarova həm Zatulinin, həm də Simonyanın Rusiya-Ermənistan ikitərəfli müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı olduğunu söyləyib: “Mənə elə gəlir ki, buna heç bir şübhə olmamalıdır. Mən heç vaxt onlardan bunun əksi olan bəyanatlar eşitməmişəm. Ona görə də, istəməzdim ki, indiki şərtlərdə, Qərbin məqsədyönlü şəkildə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə cəhd etdiyi dövrdə süni bəhanələr uydurulsun”, o deyib. Geri dön |