Ana Sayfa > Karusel / Qarabağ > XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır

XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır


27-10-2022, 13:58. Yazar: Admin

XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır

Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabındakı paylaşımında qeyd edilib.

“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - paylaşımda qeyd olunub.


Geri dön