Ana Sayfa > Karusel / Manşet > Sumqayıtda kəsilən ağaclar Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb

Sumqayıtda kəsilən ağaclar Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb


26-10-2022, 17:56. Yazar: Admin

Sumqayıt şəhəri Heydər Əliyev adına parkda ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Fərid Piriyev məlumat verib.

Bildirib ki, sözügedən ünvanda quru və qəzalı vəziyyətdə olan ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə əsasən, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb və yerinə yeni ağaclar əkilib.


Geri dön