Ana Sayfa > Karusel / Siyasət > Səfir: Azərbaycan da, Ermənistan da Gürcüstana inanır, Tbilisi yaxşı platforma ola bilər

Səfir: Azərbaycan da, Ermənistan da Gürcüstana inanır, Tbilisi yaxşı platforma ola bilər


26-10-2022, 13:29. Yazar: Admin

Səfir: Azərbaycan da, Ermənistan da Gürcüstana inanır, Tbilisi yaxşı platforma ola bilər

“Qafqazın üç ölkəsi sülh içində yaşamalıdır, bizim başqa yerə köçəsi deyilik. Regionda normallaşma ilə bağlı danışıqlar üçün platforma tapmalıyıq. Düşünürəm ki, Tbilisi belə platforma təklif edə bilər, çünki Ermənistan da, Azərbaycan da Gürcüstana inanır. Tbilisi yaxşı platforma ola bilər”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mətbuat konfransında deyib.

 

Səfir bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə olunacağı ilə bağlı optimistdir: “İnanıram ki, biz buna nail olacağıq”.

 

Azərbaycan səfiri Zəngəzur dəhlizi barədə də danışıb: “Ermənilər "dəhliz" sözünə həssaslıqla yanaşır. Ancaq dəhliz hamının keçdiyi yoldur, birgə istifadə deməkdir. Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi anlayışlarından istifadə edirik. Biz regionun logistika potensialından istifadə edə bilərik. Azərbaycan və Gürcüstan arasında logistika sahəsində əməkdaşlıq var, böyük layihələr reallaşır, buna Ermənistan da qoşula bilər. Biz sülhün, kommunikasiyaların açılmasının tərəfdarıyıq. Burada hər üç tərəf udacaq. Avrasiyada textonik dəyişiklər gedir, biz regionumuzun potensialından istifadə etməliyik”.


Geri dön