Ana Sayfa > Karusel > AXCP fəalı SAXLANILDI

AXCP fəalı SAXLANILDI


26-10-2022, 10:34. Yazar: Admin
AXCP fəalı SAXLANILDI

AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs həbs edilməsinə görə iddialar yayılıb. 

 

İddialara cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Modern.az-a  bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə saxlanılmayıb.

 

"Ramid Nağıyev probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur", - DİN rəsmisi əlavə edib.


Geri dön