Ana Sayfa > Karusel / Cəmiyyət > Təyyarə sərnişinlərinin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib
Təyyarə sərnişinlərinin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib4-07-2020, 21:26. Yazar: Admin |
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Həmin laboratoriyalar bunlardır: - Referans kliniki laboratoriya mərkəzi; - Leyla klinikası; - Memorial klinikası - Bona Dea xəstəxanası; - İnci laboratoriyası; - Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM); - Kaspian Hospital; - Talassemiya mərkəzi; - UltraLab. Geri dön |