Ana Sayfa > Karusel / Region > Paşinyan hökuməti Zatulini “persona non-qrata“ elan etdi

Paşinyan hökuməti Zatulini “persona non-qrata“ elan etdi


25-10-2022, 13:50. Yazar: Admin

Paşinyan hökuməti Zatulini “persona non-qrata“ elan etdi

Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağan edilib.

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, K.Zatulin 44 günlük müharibə ilə bağlı müsahibələrində Ermənistanı ittiham edib, onun məğlub olduğunu vurğulayıb.

Bundan başqa, deputat Ermənistanın daxili işinə qarışdığına, baş nazir Nikol Paşinyanın istefa verməsini dəfələrlə bəyan etdiyinə görə persona-non-qrata elan olunub.

O, Ermənistan ərazisindən dəhlizin keçməsini də Nikol Paşinyanın imzaladığını açıqladığına görə Ermənistana səyahətinə qadağa qoyulub.


Geri dön