Ana Sayfa > Karusel > Radio və televiziya sahəsinə ayrılan vəsait məlum oldu

Radio və televiziya sahəsinə ayrılan vəsait məlum oldu


25-10-2022, 11:43. Yazar: Admin
Radio və televiziya sahəsinə ayrılan vəsait məlum oldu

Gələn il üçün televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

 

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.


Geri dön