Ana Sayfa > Karusel > Ermənistanda KTMT-dən çıxma müzakirəyə çıxarıla bilər

Ermənistanda KTMT-dən çıxma müzakirəyə çıxarıla bilər


25-10-2022, 11:27. Yazar: Admin

Ermənistanda KTMT-dən çıxma müzakirəyə çıxarıla bilər

 


Oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib.

Qarabaginfo.az“Hraparak”a istinadla xəbər verir ki, müraciətdə Ermənistanın KTMT-dən çıxması tələbi var.

Erməni qəzeti mövzunu inkişaf etdirərək yazır. “Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb. Müraciətin əsaslandırmasında qeyd edilir: “Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”.

 


Geri dön