Ana Sayfa > Karusel > Seçkilərin keçirilməsinə 30 milyon manatdan çox vəsait ayrılacaq
Seçkilərin keçirilməsinə 30 milyon manatdan çox vəsait ayrılacaq25-10-2022, 11:22. Yazar: Admin |
Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Geri dön |