Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropada təbii qaz 14% ucuzlaşıb

Avropada təbii qaz 14% ucuzlaşıb


25-10-2022, 10:04. Yazar: Admin

 

Avropada təbii qaz 14% ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 985 ABŞ dollarınadək enib.

Qarabaqinfo.az xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 985,25 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14,4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 


Geri dön