Ana Sayfa > Karusel / Sosial > DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3 158 avtomobil geri qaytarılıb
DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3 158 avtomobil geri qaytarılıb4-07-2020, 11:40. Yazar: Admin |
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 03.07.2020-ci il saat 00:00-dan 04.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 118 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 371 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 2 491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Report.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Geri dön |