Ana Sayfa > Karusel > Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurdu
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurdu24-10-2022, 17:32. Yazar: Admin |
Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub. Azərbaycan Ağır Atletika Federasiyasından Qarabaginfo.az-a verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub. Geri dön |