"İranın bölgədə xarici qüvvələrin olmasına qarşı çıxır".
Bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.
O, Ermənistan və Azərbaycan Respublikası sərhədində Avropa İttifaqının sərhəd missiyasının yerləşdirilməsini bu cür şərh edib: "İslam Respublikasının qonşu ölkələrlə sərhədləri maraqlar və ümumi maraqlara uyğun olaraq dostluq, əməkdaşlıq və mübadilə sərhədləri olmalıdır. İki ölkənin maraqları, ticarət və iqtisadi siyasi mübadilə qapıları, habelə birgə əməkdaşlıq üçün əsasdır. Ortaq sərhədlərdə və regional əməkdaşlıqda sülh və sabitlik yaradılmalıdır".
Nazirliyinin sözçüsü əlavə edib: "Dəfələrlə bəyan etmişik ki, xarici qüvvələrin bölgəyə yerləşdirilməsi regionda sabitliyə, təhlükəsizliyə və sülhə kömək etmir, lakin xarici tərəflər əsasən sərhədyanı bölgələrdə iştirak etməyə çalışırlar. Konkret məqsəd və maraqları olan qeyri-region ölkələrinin, o cümlədən Avropadan olan xarici qüvvələrin ümumi sərhədlərdə olmasının əleyhinəyik və bunu öz qırmızı xəttimiz hesab edirik".
N. Kənani qeyd edib: "Bundan əvvəl də müvafiq ölkələrə bununla bağlı mövqe və baxışlarımızı açıq şəkildə bildirmişik və xarici işlər naziri də bu mövzuda İran İslam Respublikasının ən aydın mövqeyini bəyan edib"
XİN təmsilçisu İranın son hərbi təlimi ilə bağlı deyib: "Bizim hərbi rəsmilərimiz bununla bağlı və bu təlimin məqsədləri barədə lazımi izahat və cavablar veriblər. Bu manevr həm əvvəlcədən planlaşdırılıb, həm də İslam Respublikası silahlı qüvvələrinin vaxtaşırı təlimləri əsasında həyata keçirilir. Silahlı qüvvələrimizin keçirdiyi manevrlər praktiki olaraq heç bir qonşu dövlətə qarşı deyil.
Qonşular bizim üçün önəmli və prioritetdir, qonşularla münasibətlərin inkişafı bizim üçün prioritetdir. Ümumi sərhədlərin təhlükəsizliyi bizim üçün idarəetmə seçimidir. Amma hərbi mesajımızı almalı olanlar və bu manevrlərin tamaşaçısı olanlar mesajı alıblar və alacaqlar".
Diplomat vurğulayıb: "Xoşbəxtlikdən İslam Respublikası və Azərbaycan Respublikası hökuməti arasında dostluq münasibəti var və bu təlimlə bağlı məlumat artıq ölkənin səlahiyyətli orqanlarına verilib. Vurğuladığımız məsələ regionun geosiyasi və beynəlxalq sərhədlərinin dəyişməməsi və bölgədə əcnəbilərin mövcudluğunun olmasıdır. Bu, region ölkələrinin təhlükəsizliyini və sabitliyini, kollektiv maraqlarını pozur".