Ana Sayfa > Karusel / Manşet > “Gürcüstanda özümü evimdəki kimi hiss edirəm” - İlham Əliyev
“Gürcüstanda özümü evimdəki kimi hiss edirəm” - İlham Əliyev24-10-2022, 14:31. Yazar: Admin |
"Mən özümü evimdəki kimi hiss edirəm".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.
Prezident baş nazir Qaribaşvilinin Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladıb.
"Yenidən Gürcüstanda olmağımdan məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük", - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, bugünkü səfər Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Geri dön |