Ana Sayfa > Karusel > “İran Zəngəzur dəhlizinə qarşıdır” – Erməni politoloq

“İran Zəngəzur dəhlizinə qarşıdır” – Erməni politoloq


24-10-2022, 14:14. Yazar: Admin
“İran Zəngəzur dəhlizinə qarşıdır” – Erməni politoloq

“İran Ermənistanın ərazi bütövlüyünü müdafiə edir”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu erməni politoloq Toros Aleksanyan deyib. Onun sözlərinə görə, İran və Qərb arasında gərgin münasibətlərə baxmayaraq, tərəflərin Ermənistan məsələsində mövqeləri üst-üstə düşür.

 

“Həm İran, həm də Qərb Ermənistanın ərazi bütövlüyünü müdafiə edir və Zəngəzur dəhlizi ideyasına qarşı çıxırlar”, - erməni politoloq deyib.

 

Aleksanyan qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir:


“İran və Rusiya bir çox məsələlərdə əməkdaşlıq edirlər. Lakin Zəngəzur məsələsində mövqelər kəskin şəkildə toqquşur".


Geri dön