Ana Sayfa > Karusel / Region > Rusiya mediasının Azərbaycana qarşı təxribatları dayanmır: “Komsomolskaya pravda” öz ampluasında
Rusiya mediasının Azərbaycana qarşı təxribatları dayanmır: “Komsomolskaya pravda” öz ampluasında24-10-2022, 13:03. Yazar: Admin |
Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, “Pervıy kanal”ın efirində 20 oktyabr tarixində yayımlanan “Bolşaya İqra” tok-şousundakı təxribatdan sonra bu dəfə “Komsomolskaya Pravda“ qəzetində anti-Azərbaycan mövqeli məqalə nəşr olunub. Paşinyan “Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir” başlıqlı məqalədə guya Vaşinqtonun Moskvanın xəbəri olmadan İrəvanı təslim olmağa və “Artsax”dan imtina etməyə razı saldığı qeyd olunub. Əvvəldən axıra qədər Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan fikirlərin qeyd olunduğu məqalədə bir müddət əvvəl Telegram kanallarında yayımlanan Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı Vaşinqtonun planının əks olunduğu sənəddən bəhs olunur. “Sənədin məzmununa görə, imzalanacağı təqdirdə Azərbaycan-Ermənistan dövlətlərarası sərhədin delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri müzakirə etmək üçün rəsmi nümayəndə təyin edəcək. Sənədə əsasən, Qarabağ ermənilərinə, hətta tanınmamış “DQR”-ə hansısa statusun verilməsi nəzərdə tutulmayıb”, - deyə məqalədə qeyd olunub. Göründüyü kimi, “Komsomolskaya Pravda“ Qarabağ ermənilərinin İkinci Qarabağ müharibəsinin yekununda gorbagor olan “status”nun dərdinə düşüb. Məqalədə Azərbaycan əleyhinə təxribatçı fikirlər bununla bitməyib, müəllif Aleksandr Sergeyev məlum sənədin dərc olunmasının Ermənistanda və Qarabağda etiraz hərəkatında yeni dalğaya hələlik səbəb olmadığını və reallıqda bunun Dağlıq Qarabağın tamamilə Azərbaycanım yurisdiksiyasına keçməsi anlamına gəldiyini yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlara Azərbaycanın Konstitusiyasına tam uyğun davranılacaq” bəyanatını xatırladan müəllif bir az da irəli gedərək “Qarabağda tezliklə bir dənə də erməni qalmayacaq” kimi təxribatçı fikrini qeyd edib. Göründüyü kimi, dövlət tərəfindən maliyyələşən “Komsomolskaya Pravda” qəzeti Rusiya dövlətinin, Kremlin Azərbaycanın ərazi bütövlüyünün tanıması mövqeyinə, Prezident Vladimir Putinin İkinci Qarabağ müharibəsindən dərhal sonra verdiyi müsahibədə “Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və hər zaman belə olub” bəyanatına qarşı çıxıb. Nəşr Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi və bunun nəticəsində guya həmin ərazidə bir dənə də erməninin qalmayacağı çox narahat edib. Buna Ermənistanda və Qarabağdakı ermənilərin artıq kütləvi etiraz etməməsi isə “Komsomolskaya Pravda”da maraq doğurub. Deyəsən, Qarabağda separatçı toxumu səpənlər özlərini yavaş-yavaş büruzə verirlər... Məqalənin ən maraqlı hissəsi isə Ermənistan Baş naziri Paşinyanın sülh sazişini tezliklə imzalamağa razılıq verməsindən bəhs olunduğu hissədir. Müəllif bildirir ki, əgər bu sənəd imzalansa, o zaman bu, Cənubi Qafqazda tektonik katalizator olacaq. “Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı olmayacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi budur”, - deyə müəllif qeyd edib. Məqalənin bu hissəsindən Azərbaycanla Ermənistan arasında kimin sülhü niyə istəmədiyi, bu münaqişənin illərlə davam etməsini nə məqsədlə istədiyi aydın olmuş olur. Müəllif Sergeyev əslində bununla Qafqaza separatçılıq toxumlarını səpənləri ələ vermiş olub. “Azərbaycanla Ermənistan barışsa, onda Rusiya nəyə lazımdır” deyərək... “Komsomolskaya Pravda” məqalədə erməniləri təhdid etməyi də unutmayıb. “Çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar və Vaşinqtonun səmimi şərəf sözü altında həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verə biləcəyini yəqin ki, xatırlayırlar”, - deyə yazan müəllif erməniləri qətiyyən Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsinə razılaşmamağa çağırış edib. Geri dön |