Ana Sayfa > Karusel / Manşet > Taxıl dəhlizi: Ərzaq dolu daha yeddi gəmi Ukraynadan yola çıxdı
Taxıl dəhlizi: Ərzaq dolu daha yeddi gəmi Ukraynadan yola çıxdı23-10-2022, 19:56. Yazar: Admin |
Odessanın “Yujnı” və “Çernomorsk” limanlarından 100 min tondan çox kənd təsərrüfatı məhsulu daşıyan yeddi gəmi yola düşüb. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. “Bu gün BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş “Pangeo” yükdaşıyıcı gəmisi Çornomorsk limanını tərk edib. O, Yəmənə 40 min ton buğda aparır”, - məlumatda bildirilib. Həmçinin, taxıl dəhlizi təşəbbüsü çərçivəsində Ukrayna limanlarından 124,3 min ton kənd təsərrüfatı məhsulları daşıyan daha 6 gəmi çıxıb. Məhsulların Asiya və Avropa ölkələrinə daşındığı qeyd olunub. Xatırladaq ki, avqustun 1-dən bu günədək gəmilər vasitəsilə Afrika, Asiya və Avropa ölkələrinə 8,5 milyon tondan çox kənd təsərrüfatı məhsulu daşınıb. Geri dön |