Ana Sayfa > Karusel > Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildi
Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildi22-10-2022, 12:25. Yazar: Admin |
Oktyabrın 21-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib.
Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən məlumata görə, iclasın gündəliyində Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələrək işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlərin icrası, o cümlədən investisiya təşviqi mexanizmi, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib məsələlər və növbəti addımlar, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri, dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması və “AqrarKredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı bir sıra aktual məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bir sıra layihələr və digər müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Geri dön |